Elnur Musayev

Elnur Musayev

Musayev Elnur — Cross-Platform Mobil Tətbiq Developer və Flutter müəllimi.1 ildən artıq praktiki təcrübəyə malikdir. Bakı Dövlət Universitetində Kompüter Elmləri (tədris ingilis dilində) üzrə bakalavr təhsili alıb. SmartEdu-da Flutter üzrə dərslər keçir. Təlimlər onlayn və əyani formada, sıfırdan tətbiqin hazırlanması və yayımlanmasına (Deployment) qədər davam edir.

Bioqrafiya

Elnur Musayev — Full Stack Web və Mobil Tətbiq Developer (Flutter).

Web və mobil tətbiqlərin hazırlanması üzrə praktiki biliklərə malikdir. HTML, CSS, JavaScript, Bootstrap, Python (Flask/Django), Flutter və Dart texnologiyaları ilə işləyir. Backend tərəfdə REST API-lərin hazırlanması, PHP, MySQL və SQLite ilə işləmək təcrübəsi var.

Mobil tətbiqlərin hazırlanmasında əsasən Flutter texnologiyasından istifadə edir. Firebase, GetX, Provider və GoRouter kimi texnologiya və alətlərlə işləyir. Tətbiqlərin dizaynından və funksionallığından tutmuş API inteqrasiyasına, test edilməsinə və App Store və Google Play-də yayımlanmasına qədər müxtəlif mərhələlərdə iştirak edib.

Layihələrindən biri "TalkMart" - bizneslər və istifadəçilər arasında əlaqə yaradan qısa video əsaslı marketplace mobil tətbiqidir. Həmçinin müxtəlif fərdi web və mobil layihələr üzərində çalışıb.

Əsas maraq dairəsi müasir, funksional və istifadəçi yönümlü web və mobil tətbiqlərin hazırlanmasıdır.

Təhsil

  • Bakı Dövlət Universiteti Kompüter elmləri (Ingilis tedris) üzrə bakalavr (2023-2027).

Texnologiyalar

Əsas bacarıqlar
Dart, Flutter, JavaScript / TypeScript, State management (Bloc, Provider, GetX)
Əlavə alətlər
REST API, Firebase, Git, App Store və Google Play dərcetmə

Dillər

Azərbaycan dili
ana dili
İngilis dili
C1
Rus dili
B2
Turk dili
C1

Tədris etdiyi kurslar