Sertifikat reyestri
Sertifikatı yoxlayın
Bu səhifə SmartEdu sertifikatının həqiqiliyini seriya nömrəsi ilə yoxlamaq üçündür. Sertifikatın üzərindəki nömrəni daxil edin; nömrə bazada varsa, kursun adı və verilmə tarixi göstəriləcək. Yoxlama pulsuzdur və qeydiyyat tələb etmir, ona görə işəgötürənlər sertifikatı birbaşa özləri təsdiqləyə bilər. Nömrə tapılmasa, sertifikat bizə aid deyil.
Sertifikatın üzərindəki seriya nömrəsini daxil edin. Nömrə reyestrdə varsa, sertifikatın kimə, hansı kursa və hansı tarixdə verildiyini görəcəksiniz.
Yoxlama nəyi göstərir?
Hər sertifikat onu verən müəllimin öz sənədidir və reyestrdə ayrıca qeyd olunur.
Kimə verilib
Sertifikatı alan şəxsin ad-soyadı və onu verən müəllimin adı. Kağız üzərindəki ilə eyni olmalıdır.
Hansı kurs
Kursun adı, nələrin öyrədildiyi, başlama və bitmə tarixləri.
Qüvvədədirmi
Sertifikat sonradan ləğv edilibsə, səhifədə bu barədə açıq xəbərdarlıq olur.
Nömrəni harada tapmalı?
- Sertifikatın aşağı hissəsində “Seriya №” yazısının yanında — XXXX-XXXX-XXXX şəklində.
- Dairəvi peçatın içərisində, alt hissədəki halqada da eyni nömrə yazılır.
- QR kodu telefonla skan etsəniz, nömrəni yazmadan birbaşa sertifikatın səhifəsi açılır.
Səhifə açılmırsa və ya orada göstərilən ad, kurs və tarix əlinizdəki sənədlə üst-üstə düşmürsə, sertifikat həqiqi deyil.
Nümunə