Davud Mehdiyev

Davud Mehdiyev

12 il təcrübə 5 kurs

Davud Mehdiyev — Full Stack veb developer və kibertəhlükəsizlik mütəxəssisidir; 2014-cü ildən bəri real veb layihələr üzərində işləyir. SmartEdu-da proqramlaşdırma, veb inkişaf və kibertəhlükəsizlik üzrə təlimlər aparır, tələbələrə İT sahəsində lazım olan əsas bacarıqları qazanmaqda mentorluq edir. Hazırda apardığı kurslar: Web Frontend təlimi, Web Backend PHP təlimi, Web Backend Python təlimi, FullStack Web təlimi və Kibertəhlükəsizlik təlimi.

Bioqrafiya

Davud Mehdiyev — Full Stack veb developer və kibertəhlükəsizlik mütəxəssisidir; 2014-cü ildən bəri real veb layihələr üzərində işləyir. SmartEdu-da proqramlaşdırma, veb inkişaf və kibertəhlükəsizlik üzrə təlimlər aparır, tələbələrə İT sahəsində lazım olan əsas bacarıqları qazanmaqda mentorluq edir. İş təcrübəsi • 2026 — hazırda: Senior Full Stack Developer, freelance. Fərdi müştərilər üçün sifarişlə veb tətbiqlər və proqram həlləri hazırlayır. • 2022–2026: Middle Full Stack Developer, Azerbaijan Robotics Engineering Academy. Robototexnika yönümlü veb tətbiqlərin həm frontend, həm backend hissəsini hazırlayıb, layihə arxitekturasının qurulmasında iştirak edib, sistem proseslərini sadələşdirib. • 2020–2022: Junior Backend Web Developer, Webnauts (Krivoy Roq, Ukrayna). API-ləri optimallaşdırıb, verilənlər bazalarını idarə edib, backend-in frontend komponentləri ilə problemsiz inteqrasiyasını təmin edib. • 2017–2020: Junior Frontend Web Developer, Dövlət Gömrük Komitəsi (Bakı). Gömrük sisteminin istifadəçi interfeyslərini hazırlayıb, responsive dizayn tətbiq edib və sistemin funksionallığını artıran istifadəçi yönümlü imkanlar əlavə edib. • 2014–2016: Intern Backend Web Developer, Ranok (Xarkov, Ukrayna). Server tərəfi məntiq, verilənlər bazasının idarə olunması və veb layihələrin performansının optimallaşdırılması üzərində çalışıb. Təhsil • Xarkov Milli Radioelektronika Universiteti — avtomatlaşdırma mühəndisliyi üzrə bakalavr (2012–2016). • Dövlət Gömrük Komitəsi — biznesin idarə edilməsi üzrə akademiya proqramı (2018). Texnologiyalar Backend: PHP, Laravel, Laravel Nova, Python, Django. Frontend: HTML5, CSS3, JavaScript, TypeScript, Bootstrap, Tailwind CSS, Vue.js, React, Next.js. Verilənlər bazaları: MySQL, PostgreSQL, MongoDB. Data analitika və kompüter görməsi: NumPy, Pandas, Seaborn, Matplotlib, OpenCV, YOLOv8. Bundan əlavə, kibertəhlükəsizlik, sistem administrasiyası və Arduino üçün C/C++ üzrə təcrübəsi var. Dillər Azərbaycan dili (ana dili), rus və türk dilləri (sərbəst), ingilis dili (B1), alman dili (A2).

Tədris etdiyi kurslar